Dövlət Gənc Tamaşaçılar Teatrının 71 yaşlı aktrisası Məsumə Babayeva aprel ayında ağır əməliyyat keçirib.
Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, o, Mədəniyyət Nazirliyinidən razılıq edib:
"Sağ olsunlar. Bu yaxınlarda pensiyam da 420 manat olub". pizza
Havaların isti keçməsi aktrisanın səhhətinə mənfi təsir edib. Onun sözlərinə görə, bu günlərdə vəziyyəti ağırlaşdığı üçün ard-arda təcili yardıma müraciət edib:
"Ayağımdan əməliyyat olunduğum zamanda "Hozu" filminin çəkilişləri başlamışdı. Mənə də o filmdə çəkilməyə təklif gəldi. Amma səhhətim imkan vermədi. Evdən küçəyə yalnız həkimə gedəndə çıxıram. Vaxtımın əksər hissəsi evdə keçir. Havalar da çox isti keçdiyi üçün ürəyim az qala dayansın, səhhətim daha da ağırlaşır. Elə bu günlərdə üstümə neçə dəfə təcili yardım gəlib. Bir təhər yaxınlarımın və yaxşı insanların sayəsində yaşamağa davam edirəm".
Telegram kanalımız