Husilər Səudiyyə Ərəbistanına hücum etdi: Hava limanları vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Husilər Səudiyyə Ərəbistanına hücum etdi: Hava limanları vuruldu

Dünya

06 Oktyabr 2026 20:17 111


Yəməndəki husilər Səudiyyə Ərəbistanına genişmiqyaslı hücum həyata keçirdiklərini açıqlayıblar.

“Yeni Sabah” xəbər verir ki, husilərin sözçüsü Yəhya Seri balistik və qanadlı raketlər, həmçinin PUA-larla üç mərhələli hücum təşkil edildiyini bildirib.

Hücumlar zamanı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı, Abha və Nəcran hava limanları, eləcə də hərbi bazalar və “Aramco”ya məxsus neft emalı zavodunun hədəf alındığı iddia edilir. Toyuqlu pizza

Səudiyyə Ərəbistanı da Cizan və Nəcran şəhərlərindəki hava limanlarının hücuma məruz qaldığını açıqlayıb.

Husilər həmçinin beynəlxalq aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıblar. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!