İbrahim Rəisi Suriyaya gedir - 10 sonra ilk

saytların hazırlanması

Evə çatdırılma

İbrahim Rəisi Suriyaya gedir - 10 sonra ilk

Dünya

02 May 2023 17:17 591


İran prezidenti İbrahim Rəisi suriyalı vəzifədaşı Bəşər Əsədin dəvəti ilə sabah 2 günlük rəsmi səfər üçün Dəməşqə gedəcək.

Yenisabah.az SANA-ya istinadla xəbər verir ki, danışıqlar zamanı Əsəd və Rəisi ikitərəfli əlaqələr, ortaq maraq kəsb edən siyasi və iqtisadi məsələlər, eləcə də bölgədəki müsbət irəliləyişləri müzakirə edəcəklər.

Səfər zamanı İran prezidentini işgüzar dairələrin nümayəndələri və siyasətçilərdən ibarət nümayəndə heyəti müşayiət edəcək. Toyuqlu pizza

Bu, İran prezidentinin son 10 ildə Suriyaya ilk səfəri olacaq.

İ. Rəisi suriyalı vəzifədaşı ilə danışıqlardan əlavə suriyalı və iranlı iş adamlarının görüşündə iştirak edəcək, həmçinin müqəddəs yerləri ziyarət edəcək.

İran Rusiya və Türkiyə ilə birlikdə Suriya münaqişəsinin sülh yolu ilə həllinin təminatçısıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!