“İcbari tibbi sığorta ölkə miqyasında tətbiq ediləcək“ – Əli Əhmədov

saytların hazırlanması

Evə çatdırılma

“İcbari tibbi sığorta ölkə miqyasında tətbiq ediləcək“ – Əli Əhmədov

Sosial

05 Fevral 2019 18:04 835


2020-ci ildən icbari tibbi sığorta ölkə miqyasında tətbiq ediləcək.

Bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, bu, hazırda Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonlarında pilot layihə kimi icra edilir: "Pilot layihələrin nəticəsi göstərir ki, insanların buna çox böyük ehtiyacı var". Sezar pizza

Baş nazirin müavini vurğulayıb ki, bu layihələr çərçivəsində müəyyən təcrübə əldə olunub:

"2019-cu il icbari tibbi sığortaya hazırlıq ili kimi qiymətləndirilə bilər. Qarşıda duran bir il ərzində bütün xəstəxanaların bu istiqamətdə hazırlanması ilə əlaqədar lazımi işlər aparılacaq. İnanıram ki, pilot layihələr zamanı toplanmış təcrübələr kifayət edir ki, bir il ərzində xəstəxanalar icbari tibbi sığorta üçün hazırlansınlar".

Ə.Əhmədov hesab edir ki, Azərbaycanın icbari tibbi sığorta sahəsindəki təcrübəsi uğurlu olacaq və vətəndaşlar ehtiyac hiss etdikləri bu məsələdən də faydalanacaqlar.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!