İcra başçısı ilə birlikdə saxlanılan şəxslərin sayı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı ilə birlikdə saxlanılan şəxslərin sayı məlum oldu

Kriminal

30 Aprel 2020 20:05 1697


Xəbər verdiyimiz kimi bu gün Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az xəbər verir ki, M.Quliyevlə birlikdə saxlanılan ümumilikdə doqquz nəfər vəzifəli şəxs var. Lakin onlar bu gün məhkəmə qarşısına çıxarılmayıb. Digər səkkiz nəfər barəsində məhkəmə yaxın vaxtlarda qərar qəbul edəcək.

Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham irəli sürüldüyü hələlik açıqlanmayıb.  /Oxu.az pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!