İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI + FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI + FOTOLAR

Kriminal

20 İyun 2025 18:49 6185


Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Modern.az-ın məlumatına görə, İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə yanaşı onun birinci müavini Elbrus Tağıyev də tutulub.

pizza

O, cəmi 1 il əvvəl bu vəzifəyə təyin olunub. Elbrus Tağıyev əvvəllər başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın da saxlanılan şəxslər arasında olduğunu bildirilir. 

Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır. "Teleqraf" ümumilikdə 9 nəfərin saxlanıldığını bildirir.

Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ELƏ BİR İCRA HAKİMİYYƏTİ GÖSTƏRƏ BİLƏRSİNİZKİ ORADA BU HALLAR OLMASIN? ONA QALSA BÜTÜN MƏMURLAR HƏBS OLUNMALIDIR. RÜŞVƏT, ÖZBAŞINALLQ, DƏRƏBƏYLİK BAŞ ALIB GEDİR.
    11 months ago