İcra başçısı istintaqa ifadə verdi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı istintaqa ifadə verdi

Kriminal

12 Avqust 2023 10:53 3920


Lənkəranın icra başçısı Taleh Qaraşov istintaq orqanının əməkdaşları tərəfindən dindirilib. İcra başçısı təxminən iki saat müstəntiqləri maraqlandıran suallara cavab verib.

Bu barədə Yenisabah.az-a hüquq - mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Taleh Qaraşovun qardaşının qətli ilə bağlı dindirildiyi bildirilir.

Qeyd edək ki, Taleh Qaraşovun qardaş Azər Qaraşov iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Əvvəl mərhumun intihar etdiyi bildirilsə də, sonradan onun qətlə yetirildiyi məlum olub. Qanlı cinayət hadisəsi ilə bağlı Azər Qaraşovun oğlu Azay Qaraşov saxlanılıb. Pepperoni pizza

O, atasını qətlə yetirməkdə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!