İcra başçısı məhkəməyə verildi   - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı məhkəməyə verildi - SƏBƏB

Hadisə

23 May 2020 15:58 1112


Turanə İmanova karantin dövründə heç bir səbəb olmadan işdən çıxarıldığını deyir 

Hacıqabul Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu İmanova Turanə Musəddin qızı icra başçısı Rüstəm Xəlilovu məhkəməyə verib.

Yenisabah.az xəbər verir ki, Psixoloq Arqument.az-a icra başçısını onu işdən çıxardığına görə məhkəməyə verdiyini bildirib: "İcra başçısı Rüstəm Xəlilovu məhkəməyə verdim. Artıq Hacıqabul Rayon Məhkəməsində hakim Həmid Əzizovun sədrliyi ilə hazırlıq iclası keçilib. Növbəti məhkəməmiz iyunun 2-də olacaq. İddia ərizəmdə 15 min manat təzminat, itirilmiş iş günlərimin əmək haqqısını və işə bərpanı tələb edirəm".  Pepperoni pizza

O deyib ki, məsələ mətbuatda işıqlandırılandan sonra icra başçısı ona və ailəsinə təzyiq etməyə başlayıb: "Mənə və ailəmə qarşı təzyiqlərə başlayıblar. Bu gün Salyan Regional Əmək Müfəttişliyindən də cavab gəlib və məni Şirvan Şəhər Əmək Müfəttişliyinə dəvət ediblər. Mən tapdanmış haqqımın bərpasını tələb edirəm”.

Xatırladaq ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu İmanova Turanə Musəddin qızı karantin dövründə heç bir səbəb olmadan işdən çıxarıldığını deyir.

O bununla bağlı mayın 9-da prezident İlham Əliyevə müraciət edib və icra başçısını məhkəməyə verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!