İcra başçısı qazinin evinə getdi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı qazinin evinə getdi - FOTOLAR

Sosial

19 Avqust 2024 13:58 360


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov RİH başçısı aparatının şöbə müdirləri və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və  Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyevlə birlikdə Birinci Aşıqlı kəndindən Vətən Müharibəsi qazisi Eyvazlı Binnət  Əbdül oğlunu ziyarət edib. 

Beyləqan RİH başçısı Əziz Əzizov qazinin səhhəti və problemləri ilə maraqlanıb, torpaqlarımızın azadlığı uğrundan canından keçən hər bir vətən övladının və onların ailələrinin dövlətimiz tərəfindən daim diqqətdə saxlanılacağını qeyd edib. 

Qazinin ailəsinə ərzaq sovqatı təqdim olunub.  Dördpendirli pizza

Vətən Müharibəsi qazisi Eyvazlı Binnət Əbdül oğlu göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edərək Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!