COVİD-19 pandemiyası dövründə Neftçalada karantin qaydalarına riayət edilməsi nəzarətdə saxlanılır.
“Yeni Sabah” xəbər verir ki, bunu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov keçirdiyi onlayn mətbuat konfransında bildirib.
O qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində rayonda yoluxma səviyyəsi aşağıdır: "Həyata keçirilən tədbirlərlə əhali arasında maarifləndirmə tədbirləri gücləndirilib. Rayon İcra Hakimiyyəti daha çox onlayn prosedurlara üstünlük verib. İstər məktəblərdə, istərsə də bağçalarda onlayn tədris həyata keçirilib". pizza sifarişi
İcra başçısı deyib ki, rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlar onlayn şəkildə qəbul edilir. M.Seyidov son günlər rayonda yaşanan içməli su problemilə bağlı məsələyə də aydınlıq gətirib:
“Əsas işlərdən biri də ekoloji problemin aradan qaldırılmasıdır. Bildiyiniz kimi, Xəzər dənizinin Kür çayına qarışması nəticəsində rayona verilən içməli suda şoranlaşma müşahidə edilib. İcra Hakimiyyəti tərəfindən yaradılmış Operativ Qərargah tərəfindən hər gün monitorinqlər aparılır. Bugünkü göstəricilərdə normalar ümumi normadan 5-6 dəfə yuxarıdır”.
Telegram kanalımız