Nizami Rayon icra hakimiyyəti başçısının köməkçisi dələduzluğa məruz qalıb.
“Yeni Sabah”ın məlumatına görə, Hüseynzadə Toğrul Möhübbət oğlu Nizami Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Bağırov Vidadi Qara oğlu onun etibarından sui-istifadə edərək xeyli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
Dərhal V. Bağırov polisə dəvət olunaraq izahatı alınıb. Araşdırmalar zamanı məlum olub ki, Vidadi Bağırov dəfələrlə dələduzluq maddəsi ilə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə isə 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. İbtidai İstintaq bitdikdən sonra cinayət işi baxılması üçün Nizami Rayon məhkəməsinə göndərilib və hakim Rauf Əhmədovun icraatına verilib. pizza
Qeyd edək ki, zərərçəkən Toğrul Hüseynzadə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun köməkçisi, hakim Rauf Əhmədov isə Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun oğludur.
Azər İsrafilov
Telegram kanalımız