İcra başçısının qardaşı işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının qardaşı işdən çıxarıldı

Sosial

08 Aprel 2023 11:14 790


"Şabran Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin baş direktoru Aslan Usubov TƏBİB sədri Vüqar Qurbanovun əmri ilə vəzifəsindən azad olunub.

Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, onu bu vəzifədə Səxavət Cəbrayılov əvəz edib.  

Aslan Usubov faktı təsdiqləyib. O, Şabran xəstəxanasındakı işindən öz xahişi ilə ayrıldığını bildirib.   Toyuqlu pizza

A. Usubov TƏBİB sədrinin digər əmri ilə Bakıdakı 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına direktor təyin olunduğunu deyib. 

Qeyd edək ki, Aslan Usubov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!