İcra Hakimiyyəti qazinin şikayəti ilə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyəti qazinin şikayəti ilə bağlı açıqlama yaydı

Sosial

09 Aprel 2021 19:29 1193


Mingəçevir Şəhər İcra Hakimiyyəti saytımızda dərc olunan Vətən müharibəsi qazisi Elçin Paşazadənin icra başçısından şikayət etdiyi xəbərlə bağlı açıqlama verib.

İcra Hakimiyyətindən Yenisabah.az-a daxil olan məlumatda xəbər təkzib olunub.

İcra Hakimiyyətindən daxil olan açıqlamanı təqdim edirik: Dördpendirli pizza

"“Yenisabah.az”  saytında 08 aprel 2021-ci il tarixdə dərc olunmuş “Qarabağ qazisi icra başçısından Prezidentə şikayət etdi: Son ümid yerim Sizsiniz!” adlı məqalədə Vətən müharibəsi qazisi kimi təqdim olunan Mingəçevir şəhər sakini Elçin Yadigar oğlu Paşazadənin güya işlə təmin olunmaqla əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyyətinin başçısı İlham İsmayılovun qəbulunda olduğu və İcra başçısının onun müraciətinə “iş yoxdur” deyə cavab verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yer almışdır.

Bildiririk ki, II Qarabağ müharibəsi iştirakçısı, Mingəçevir şəhər sakini Elçin Yadigar oğlu Paşazadə işlə təmin olunması ilə əlaqədar İcra Hakimiyyətinə rəsmi müraciət etmiş, müraciəti ilə bağlı vətəndaşı Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov qəbul etmişdir. Qəbul zamanı vətəndaş E.Paşazadə 20 saylı Ərazi Məşğulluq Mərkəzinə yönləndirilmiş, orada ona vakant olan iş yerləri təklif olunmuş, lakin ərizəçi təklif olunan iş yerlərindən imtina etmişdir. Ərizəçi yalnız “DOST” MMC-nin xətti ilə sosial işdə işləmək arzusunda olduğunu bildirmişdir. Bu səbəbdən də o, 20 saylı Ərazi Məşğulluq Mərkəzində işsiz kimi rəsmi qeydiyyata alınmış və ona izah olunmuşdur ki, həmin sahədə vakant iş yerləri yaranan kimi qısa müddətdə işlə təmin olunacaqdır.

Əlavə olaraq xatırladırıq ki, Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 31 maddəsinin II bəndinə əsasən, vətəndaş və ya təşkilat barəsində kütləvi informasiya vasitəsində onların hüquqlarına və qanuni mənafelərinə toxunan məlumat dərc edildikdə və ya verildikdə, onların elə həmin kütləvi informasiya vasitəsində cavab dərc etdirməyə və ya cavab verməyə haqqı vardır. Həmin Qanunun 32-ci bəndində qeyd olunur ki, redaksiya verilmiş cavabları, mənasını təhrif etmədən, lazımi redaktə və ixtisarla dərc və ya elan etməyə borcludur. Təkzibin və cavabın rədd edilməsindən, yaxud onların bu Qanunla müəyyən edilmiş qaydasının pozulmasından Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə uyğun şikayət verilə bilər.

Odur ki, qeyd olunanları nəzərə alaraq, adıçəkilən məqaləyə cavab olaraq Mingəçevir Şəhər İcra Hakimiyyətinin mövqeyinin rəhbərlik etdiyiniz saytda olduğu kimi dərc edilməsini Sizdən xahiş edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!