Qarabağ qazisi icra başçısından Prezidentə şikayət etdi:   Son ümid yerim Sizsiniz!

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ qazisi icra başçısından Prezidentə şikayət etdi: Son ümid yerim Sizsiniz!

Xalqın səsi

08 Aprel 2021 12:55 3079


Vətən Müharibəsi qazisi, Mingəçevir şəhər sakini Elçin Yadigar oğlu Paşazadə işsizliklə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı İlham İsmayılovdan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə şikayət edib.

Yenisabah.az saytına daxil olan şikayət məktubunda E.Paşazadə bildirib ki, 17 oktyabr 2020-ci il tarixdə könüllü olaraq Vətənin azadlığı uğrunda gedən döyüşlərə qatılıb, "N" saylı hərbi hissənin tərkibində Cəbrayıl, Xocavənd və Laçın istiqamətində fəal döyüşüb, 21 dekabr 2020-ci il tarixdə isə tərxis olunub.

Vətən Müharibəsi Qazisi qeyd edib ki, mülki həyata geri qayıtdıqdan sonra işsizliklə əlaqədər Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə müraciət etsə də ona heç bir köməklik göstərilməyib: pizza mizza

"Məşğulluq Mərkəzindən mənə bildirildi ki, iş yoxdu. Vətən Müharibəsinə getməmişdən bir müddət öncə işlə təmin olunmaq üçün tez-tez getdiyim həmin Məşğulluq Mərkəzinin əməkdaşları müharibədən sonra məni içəri qəbul belə etmədilər. Bir neçə gün öncə isə Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı İlham Mehdixan oğlu İsmayılovun qəbuluna getdim. O da Məşğulluq Mərkəzi əməkdaşları kimi, "Şəhərimizdə  iş yerləri yoxdur" deyə cavab verdi. Mən ailəliyəm və iki azyaşlı övladım var. Vətən qarşısında borcumu vermişəm, ölümü gözə alaraq digər hərbçilər kimi Ermənistan işğalçılarına qarşı döyüşmüşəm. Hazırda əmək qabiliyyətliyəm və ailəmi dolandırmaq üçün iş yeri axtarıram. Lakin Mingəçevir şəhərində məni heç yerdə işə götürmürlər. Həmçinin heç bir sosial yardım, müavinət və ya pensiya almıram. Aylıq kommunal xərclər, özümün və həyat yoldaşımın maddi tələbatları bir yana, ata olaraq balalarıma gündəlik qarın dolusu yavan çörək belə tapıb yedizdirə bilmirəm. Sadəcə çörək istəyən və istədiyini tapmadığı üçün gözlərimin önündə ağlaya-ağlaya gecələyən övladların acısı məni param-parça edir. Axı Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı və ya Məşğulluq Mərkəzi kimi Dövlət İdarələri nə üçün bizim halımızı görməzdən gəlirlər?".

Ümidünü icra başçısından və məşğulluq mərkəzindən üzən Vətən Müharibəsi qazisi Azərbaycan Prezidentindən xahiş edir ki, maddi ehtiyaclarını qarşılamaq üçün işlə təmin olunmaqda ona köməklik göstərilsin:

"Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Sizdən başqa ümid yerim qalmayıb. Çünki, aidiyyəti qurumlara indiyə qədər etdiyim çoxsaylı müraciətlərdən sonra dəfələrlə məni boş yerə Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının müavini qəbul edib, elə mənim yanımda Mingəçevir Məşğulluq Mərkəzinə tapşırıq verib. Eyni zamanda demək olar ki, həftə boyu ən azı 5 dəfə özüm də Dövlət Məşğulluq Agentliyinin 20 saylı saylı Ərazi Məşğulluq Mərkəzi Filialına gedirəm. Lakin mənə köməklik göstərən, işlə təmin edən yoxdur. Artıq yaşamaqdan belə bezmişəm. Bir ata kimi övladlarımın qarnını doydura bilmədiyim üçün utanıram. Özümü ən bədbəxt, çarəsiz ata kimi hiss edirəm. Artıq bu dərd-qəmdən qurtulmağın yeganə çarəsini intihar etməkdə görürəm. Həqiqətən də məni tezliklə işlə təmin etməsələr intihar edəcəm. Əgər mən ölsəm, intihara səbəbkar İcra Hakimiyyəti və Məşğulluq idarələridir. Sizdən, bu Dövlətin Başçısı kimi çox xahiş edirəm, aclıqla mübarizə aparan övladlarımı himəyə edəsiniz, onlara atasızlığı unutdurasınız! Yalnız Sizə güvənirəm və mənə köməklik göstərəcəyinizə sonsuz ümidlər bəsləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!