İcra Hakimiyyətində qəbul: Əzizov 42 nəfəri dinlədi

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətində qəbul: Əzizov 42 nəfəri dinlədi

Sosial

13 Sentyabr 2024 12:30 279


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aparatın müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edərək onların müraciətlərini dinləyib. 

RİH-in inzibati binasında baş tutan qəbulda ümumilikdə 42 nəfər vətəndaş qəbul edilib. Əziz Əzizov vətəndaşların müraciət və təkliflərini dinləyib, onların müraciətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. 

Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb. pizza

Vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!