İcra hakimiyyətindən Azərbaycan bayrağına hörmətsizlik - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyətindən Azərbaycan bayrağına hörmətsizlik - VİDEO

Maraqlı

06 Oktyabr 2023 11:34 31009


Ağsu rayonunda Şəhidlər Xiyabanına gedən yolda asılan bayraq cırılıb. 

Bu barədə Yenisabah.az-a rayon sakinləri məlumat verib. Belə ki, şəhid Mahir Nuriyevin adı verilmiş küçədə dalğalanan bayrağın rəngi solub və cırılıb. 

“Köhnə xəstəxananın yanından üzü Şəhidlər Xiyabanına gedən yolda bu mənzərəni görmək rayon əhalisini üzür. Bayraq bizim milli dəyərimizdir, bu bayraq isə bozarıb, cırılıb, asılmış Türkiyə bayrağı da eyni vəziyyətdədir. Ötən il şəhidin adı verilmiş bu küçədəki yolu gəlib qazıb enlətdilər, lakin gəlib asfaltlamadılar.  Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov niyə kabinetindən çıxıb bunu görmür? 27 sentyabr - Anlm Günündə belə bu bayraq dəyişdirilib yenisi ilə əvəzlənmədi. Bu, hörmətsizlikdir! Bu bayrağa görə neçə igid oğullarımız canlarından keçdi, qanları bahasına döyüşdülər, bu bayrağı dəyişmək çoxmu çətindir?” -, deyə rayon sakinləri bildirib. Dördpendirli pizza

Əsmətxanım RZAZADƏ 

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!