İcra Hakimiyyətindən özünü güllələyən məmurla bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətindən özünü güllələyən məmurla bağlı AÇIQLAMA

Kriminal

23 Aprel 2020 19:27 2509


Lerik rayonunda 43 yaşlı şəxs ov tüfəngi ilə özünü güllələyib. 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub. Hadisəyə səbəb kimi isə şəxsin külli miqdarda borcu olduğu bildirilir.

Yenisabah.az xəbər verir ki, cinayətlə bağlı Modern.az-a danışan Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov deyib ki, intihar cəhdi hələ tam aydın deyil. Onun sözlərinə görə, istintaq hadisəni dəqiq müəyyənləşdirməyə imkan verəcək:

“İndi müxtəlif versiyalar irəli sürmək olar. Amma hazırda hüquq-mühafizə orqanları tərəfinən iş davam etdirilir və nəticələr bəlli deyil. Mərhum bizdə işçi, yaxşı yoldaş idi. Uzun illər bir yerdə çalışmışıq. Amma hansı səbəbdən dolayı bu hal baş verə bilər, onu deyə bilmərəm. Karantinlə əlaqədar olaraq işə gəlmirdi, ancaq ehtiyac yarananda onu işə dəvət edirdik. Son zamanlar hər hansı qəribə hal, ya narahatlıq hiss etməmişdik. 2 övladı var, ailəlidir”. pizza mizza

Qeyd edək ki, ölən şəxs Qalib Naib oğlu Quliyev Lerik Rayon İcra Hakimiyyəti aparatında humanitar şöbədə məsləhətçisi vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!