2021-ci ildə Vindzor qəsrinə soxulan və Kraliça II Elizabeti öldürməklə hədələyən şəxs dövlətə xəyanətdə günahını etiraf edib.
Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, 21 yaşlı Casvant Sinqh Çeyl ölümlə hədələmə və dolu silahla qala ərazisində olmaq da daxil olmaqla, daha iki maddə üzrə günahını etiraf edib.
II Elizabetin iqamətgahının ərazisinə daxil olan şəxs psixiatrlara təhvil verilib. pizza
Çeyl saxlanıldığı Brodrum Psixiatriya Xəstəxanasından video bağlantı vasitəsilə London məhkəməsinə ifadə verib. Ona martın 31-də hökm oxunacağı gözlənilir.
C. Çeyl 1981-ci ildən bəri Britaniyada vətənə xəyanətdə mühakimə olunan ilk şəxsdir.
Telegram kanalımız