İkardinin keçmiş arvadından yeni qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

İkardinin keçmiş arvadından yeni qalmaqal

İdman

28 Sentyabr 2024 10:58 521


“Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardinin keçmiş arvadı Vanda Nara növbəti qalmaqalla gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, 37 yaşlı modelin sevgilisi ilə səs yazısı yayılıb.

Cütlük bir müddət öncə ayrılıb. Sözügedən səs yazısında Vanda Naranın İkardinin bütün maddi sərvətlərini əlindən alacağından bəhs olunur. pizza sifarişi

Xatırladaq ki, Vanda Nara İkardidən öncə argentinalı keçmiş hücumçu Maksi Lopezlə evli olub. Model ərinə Mauro İkardi ilə xəyanət edib. Məhz bu hadisədən sonra 31 yaşlı hücumçu üçün Argentina millisinin qapısı birdəfəlik bağlanıb. Bu hərəkətindən dolayı, başda Lionel Messi olmaqla, bir çox həmyerlisi onu sərt şəkildə qınayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!