Hazırda azad agent statusunda olan tanınmış futbolçu Mauro İkardi Argentinada növbəti qalmaqalın mərkəzinə düşüb.
“Yeni Sabah” xəbər verir ki, Buenos-Ayres polisi təcrübəli hücumçunun ölkə ərazisində avtomobil idarə etməsinə müvəqqəti qadağa qoyub.
Sərt qərarın qəbul edilməsinə sosial şəbəkələrdə yayılan görüntülər səbəb olub. İkardinin sükan arxasında olduğu zaman sevgilisi Çina Suares təhlükəsizlik kəmərini çıxararaq hərəkətdə olan avtomobilin pəncərəsindən gövdəsini çölə çıxarıb. Yayılan kadrlar yol hərəkəti təhlükəsizliyinin kobud şəkildə pozulması kimi dəyərləndirilib. Toyuqlu pizza
Polis daha bir qayda pozuntusunu üzə çıxarıb. İkardinin Argentina sürücülük vəsiqəsinin müddətinin hələ 2019-cu ilin may ayında başa çatdığı müəyyən edilib.
Futbolçu isə qərara etiraz edərək 2029-cu ilə qədər etibarlı olan İtaliya sürücülük vəsiqəsinə sahib olduğunu bildirib və qadağanın ləğv edilməsini tələb edib.
Nazim Hacıyev
Telegram kanalımız