İki ölkə Saakaşviliyə azadlıq tələb etdi

saytların hazırlanması

Evə çatdırılma

İki ölkə Saakaşviliyə azadlıq tələb etdi

Dünya

02 Fevral 2023 15:15 917


Ukrayna və Moldova hökumətləri Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili ilə bağlı tələb irəli sürüb. 

Yenisabah.az “Moldpess”ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin “Facebook” səhifəsində, eləcə də Moldova prezidenti Maya Sandunun “Twitter” səhifəsində tələblə bağlı paylaşım edilib. 

“Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanda dəmir barmaqlıqlar arxasında saxlanılan Ukrayna vətəndaşı Mixeil Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etirazını bildirir. Biz Gürcüstan hakimiyyətini Mixeil Saakaşviliyə qarşı sui-istifadəni dərhal dayandırmağa və onu Ukraynaya təhvil verməyə çağırırıq. Siyasi qisas üçün insanın həyatı ilə oynamayın. Biz, həmçinin, xarici ölkələrə və beynəlxalq təşkilatlara müraciət edirik ki, Gürcüstan hakimiyyətinin siyasi repressiyaları nəticəsində həyatı təhlükədə olan Ukrayna vətəndaşını, Gürcüstanın keçmiş prezidentini açıq şəkildə müdafiə etsinlər”, - Ukrayna XİN-in paylaşımında deyilir. Dördpendirli pizza

Moldova prezidenti Maya Sandu isə yazıb ki, Mixeil Saakaşvilinin fiziki vəziyyəti son dərəcə narahatedici və kritikdir: 

“Müxalifət liderinin işgəncə ilə öldürülməsi Avropa Birliyinə üzv olmaq istəyən bir ölkə üçün qəbuledilməzdir. Saakaşvili dərhal buraxılmalı və müalicə üçün xaricə göndərilməlidir”. 

Qeyd edək ki, 2021-ci ilin oktyabrından bəri Gürcüstanda həbsdə olan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib. Hazırda Tbilisidəki “Vivamedi” klinikasında yatan eks-prezidentin səhhətində ağır problemlərin olduğu bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!