İkinci “Dəmir yumruq” rüşvətxor məmurların başına vurulacaq
26 Fev 2021 12:33
1156

İkinci “Dəmir yumruq” rüşvətxor məmurların başına vurulacaq

“Tezliklə “Dəmir yumruq2” əməliyyatı başlayacaq. Amma bu dəfə hədəf və məkan fərqli olacaq”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Bizimyol.info-ya Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli səsləndirib. Öz fikirlərini izah edən Əziz Əlibəyli qeyd edib ki, xalq arasında  hakimiyyət qollarına qarşı yaranmış inamsızlıq bu əməliyyatın keçirilməsi zərurətini yaradıb:

“Dəmir yumruq 2” bu dəfə xarici yox, daxili düşmənlərin başına enəcək. Bu o deməkdir k, biz “Dəmir yumruq” əməliyyatı ilə düşməni məhv etdik. İndi ikinci bir dəmir yumruq əməliyyatı ilə daxilimizdə xalqa qənim kəsilənlərə qarşı mübarizə başlayacaq. Yeni əməliyyat gözlənilir. Bu dəfə məkan və səbəblər fərqli olacaq. İdarəçilkdə ciddi şəkildə  problemlər yaşanır, məmur korpusunda mənimsəmə faktları çoxdur, süründürməçilik var.

Ölkə rəhbəri dəfələrlə bununla bağlı xəbərdarlıq edib. Bizim birinci prioritetimiz torpaqların azad edilməsi idi. Bu işi qələbə ilə başa vurduq. İndi diqqət yönəlib ölkə daxilinə. İndiki düşmənimiz şübhəsiz ki, insanları narazı salan, xalqla Prezident arasındakı körpüləri yandırmaq istəyən şəxslədir və onlara qarşı irimiqyaslı mübarizə tədbirləri başladılacaq. Hesab edirəm ki, bu “Dəmir yumruq 2” ifadəsilə möhürlənməlidir. Ona görə həm qalibiyyətlə başa çatmalıdır, həm də elə bu da xalqın  düşmənlərinə qarşı yönəlmiş  əməliyyatlar olacaq. İslahatalara, cəmiyyətin yenilənməsinə, yeni idarəçilik sisteminin və düşüncə tərzinin formalaşmasına ehtiyac duyulur. Cəmiyyəti alaq otlarından təmizləyəcək əməliyyatlardan söhbət gedir.

Bununla bağlı biz mesajlar da almışdıq və Sosial  Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğularda İcra Hakimiyyətlərinə, hakimiyyətin digər qollarına ictimai rəyin olduqca aşağı olması üzə çıxdı, rəylər çox mənfi, narazılıqlar kütləvi idi.  Əhalinin  narazılığı kütləvidir. Bu məsələlər Prezidentin səsləndirdiyi fikirlərlə də üst–üstə düşür.O baxımdan yaxın günlərdə  daxilə yönəlik “Dəmir yumruq 2” əməliyyatlarının  mütləq şahidi olacağıq. Bu, bütün sahələri və bütün pillələri əhatə edəcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər