İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru ilə görüşdü

Siyasət

19 Yanvar 2026 23:09 595


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, söhbət zamanı tam yerli xammal əsaslı məhsulun buraxılması istiqamətində artıq bir sıra layihələrin həyata keçirildiyi qeyd edildi.

Bu xüsusda İmişlidə pivə istehsalında əsas xammal hesab olunan arpanın emalı müəssisəsinin fəaliyyətinə toxunuldu. Gələcəkdə isə qablaşdırma materiallarının istehsalının da tam lokallaşdırılacağı bildirildi. Marqarita pizza

Yakob Aarup-Andersen "Carlsberg Group"un Azərbaycanda istehsal etdiyi məhsulun ixracının 2025-ci ildə əhəmiyyətli dərəcədə artdığını vurğuladı.

Görüşdə Azərbaycanda xarici investorlar üçün yaradılmış şəraitdən məmnunluq ifadə olundu.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!