İlham Əliyevin BMT ilə bağlı təşəbbüsünə daha bir dəstək
03 İyl 2020 13:52
1601

İlham Əliyevin BMT ilə bağlı təşəbbüsünə daha bir dəstək

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyası ilə əlaqədar BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması və COVİD-19-a qarşı beynəlxalq səyləri birləşdirmək barədə təşəbbüsü dəstəyə layiqdir.

Yenisabah.az xəbər verir ki, bu barədə  Bu barədə "Moskva-Bakı" portalına Rusiya Federasiyasının BMT yanında Daimi Nümayəndəsinin müavini Dmitri Çumakov bildirib.

“Rusiya COVID-19-ın yayılmasına qarşı beynəlxalq səylərə qoşulmağa və üzv ölkələrin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək öhdəliyini yerinə yetirməyə sadiqdir. Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürdüyü qeyd olunan təşəbbüs, şübhəsiz ki, bu problemin həllinə uyğun gəlir və dəstəyə layiqdir.

Eyni zamanda, belə bir təklifin həyata keçirilməsi bir sıra texniki və prosedur aspektlərin həllini tələb edir, çünki pandemiya dövründə biz virtual rejimdə işləyirik.

Bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsində fəal iştirak etməyə hazırıq", - deyə Çumakov əlavə edib. 

Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının videoformtda keçirilən zirvə toplantısında BMT Baş Assambleyasının koronavirus pandemiyası (COVID-19) ilə mübarizə tədbirlərinə həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində xüsusi iclasının keçirilməsini təklif edib. 

Bir neçə gün əvvəl Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev BMT-yə üzv olan 130-a yaxın dövlətin Azərbaycan dövlət başçısının bu təşəbbüsünü dəstəklədiyini bildirib. Hacıyev qeyd edib ki, Baş Assambleyanın pandemiya ilə mübarizə üzrə xüsusi iclasının keçirilməsinə qarşı çıxan yeganə ölkə Ermənistandır. Prezidentin köməkçisi Azərbaycan Respublikasının BMT Baş Assambleyasının video konfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində pandemiyaya qarşı mübarizə ilə əlaqədar xüsusi iclasının təşkili formatını və şərtlərini müəyyənləşdirmək üçün bütün üzv dövlətlərlə əməkdaşlığa hazır olduğunu vurğulayıb. “Əminik ki, xüsusi sessiya beynəlxalq birliyin pandemiyaya qarşı mübarizədə tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhlükəyə qlobal cavab axtarışında müsbət töhfə verəcəkdir. COVID-19 pandemiyasının davam etməsi bir daha göstərir ki, dünya dövlətlərinin bu fəlakətdən çıxmaq və problemin həll yollarını müzakirə etməsinə böyük ehtiyac var”, - deyə Hikmət Hacıyev əlavə edib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər