Müğənni İlhamə Qasımova maraqlı açıqlamalar verib.
Yenisabah.az bildirir ki, sənətçi "ABC 24"ə müsahibəsində "Həci" söhbətinə münasibət bildirib:
"Kim necə qazanır özü bilər. Heç kimi qınamıram. O, acından öləndə qapısını döyüb "salam" verməmişəm. Eləcə də mən ac qalanda, kimsə qapımı döyməyib. İndi insanlarda elə düşüncə yaranıb ki, kiminsə pulu varsa, mənə verməlidir. Biznesmen əziyyət çəkir qazanır. Mən acamsa, öz tənbəlliyimdir. Pis tərəfi bunu açıqlamalarıdır. Beş Həcin olsun, get yaşa. İç camaşırını açmağa ehtiyac yoxdur. Mən aclıq olsun, xoşbəxtlik olsun tərəfdarı deyiləm. İnsan kasıb olanda çox günah edir. Amma başqasına möhtacı olmayanda, pulu olanda günah işlərə əl atmırsan". Marqarita pizza
Telegram kanalımız