“İllərdir məhkəmələrdə mübarizə aparıram, işə baxan yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

“İllərdir məhkəmələrdə mübarizə aparıram, işə baxan yoxdur”

Şou

20 Sentyabr 2025 13:42 429


Bloger Aysel Şükürova keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib. 

Yenisabah.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, buna səbəb Oqtayın aliment ödəməməsi və onun sosial şəbəkədə canlı yayımda Ayseli təhqir etməsi olub. Belə ki, Oqtay Ayselə 20 min manata yaxın aliment ödəməlidir. 

Aysel bildirib ki, məhkəməsi illəridir davam edir və işə baxılmır: pizza mizza

"Bu günə qədər heç bir qurum işimə normal şəkildə baxmayıb. Hər kəs uzadır və yola verir. İş istintaqdadır, amma yenə də işi araşdıran, baxan yoxdur. İllərdir məhkəmələrdə mübarizə aparıram. Həm şərəf və ləyaqətim alçaldılıb, həm də aliment verilmir".

Qeyd edək ki, Oqtay sosial şəbəkədə canlı yayım açaraq Ayselin ünvanına təhqirlər yazıb. Aysel qarşı tərəfi məhkəməyə verib. O, eyni zamanda keçmiş həyat yoldaşının əkiz uşaqları üçün aliment ödəmədiyini, onun 20 minə qədər borcu olduğunu deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!