İlqar Məmmədov Fazil Mustafanı təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədov Fazil Mustafanı təhqir etdi

Siyasət

05 Mart 2026 11:04 566


“Qayıtmayacaqdım bu mövzuya, amma... Fazil Mustafa şəxsi həyatda xoşbəxtlik tapmayan milyonçu dostlarının problemini Milli Məclisdə gündəm edib, hətta, bundan ötrü statistika draması uydurub”.

“Yeni Sabah” xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının keçmiş sədri, siyasətçi İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.

“Rəqəmlərdə onun qandığı bir şeyin olmadığını dünən mən millətin gözü qarşısında sübut edəndən sonra, səhvini etiraf etmək əvəzinə, bugünkü yazısında Azadlıq Qələbəmi qaralamağa cəhd edib. Dünən çıxmış təzəcə kitabımda azadlıq mübarizəmin və bərabəri olmayan qələbəmin nəyin bahasına əmələ gəldiyini tam təsvir etmişəm. Hər kəs oxusun, bu gopçunun cavabını versin”, - o bildirib. pizza mizza

Qeyd edək ki, Böyük Quruluş Partiyasının rəhbəri, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ilə Respublikaçı Alternativ Partiyasının keçmiş sədri, siyasətçi İlqar Məmmədov arasında “Azərbaycanda qadınlar hansı səbəbdən boşanır?” mövzusunda sərt polemika yaranıb.

F.Mustafa parlamentin martın 3-də keçirilən plenar iclasında boşanmalardan danışıb. O deyib ki, qadınların bir çoxu aliment almaq üçün ərindən ayrılır.

Deputatın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirə olunub, cəmiyyətdə etiraz doğurub.

İlqar Məmmədov da öz “Facebook” səhifəsində F.Mustafanın yanaşmasını kəskin tənqid edib.

Deputat da buna eyni qaydada cavab verib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!