Martın 23-dən həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsxanadan ilk fotosu yayımlanıb.
"Yeni Sabah" xəbər verir ki, fotonu İmamoğlu sosial şəbəkə hesabında paylaşıb. O, şəklə "Ailə sülh, güvən, xoşbəxtlikdir. Ailə müqəddəsdir" sözlərini yazıb.
Foto Silivridəki Mərmərə Həbsxanasında saxlanılan Əkrəm İmamoğlunun ailəsi ilə açıq görüşündə çəkilib. Şəkildə İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, böyük oğlu Mehmet Səlim İmamoğlu və qızı Beren İmamoğlu, anası Həvva İmamoğlu, atası Həsən İmamoğlu və bacısı Neslihan Yakupçebioğlu yer alıb. pizza
Telegram kanalımız