İmişlidə mağazadan oğurluq edən şəxs həbs olundu

İmişlidə mağazadan oğurluq edən şəxs həbs olundu

Kriminal Veb saytların hazırlanması

16 Noyabr 2023 11:06 1113


İmişlidə avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ağası Rəsulovdur.

Dindirilmə zamanı həmin şəxs qeyd edilən mağazaya qanunsuz daxil olduğunu və orada 2000 manat pul oğurladığını etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, A.Rəsulov barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!