İmişlidə sexdə yanğın oldu   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə sexdə yanğın oldu - FOTOLAR

Hadisə

03 İyun 2026 19:20 77


İmişli rayonunda yanğın baş verib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə İmişli şəhərinin Zəfər prospektində yerləşən tamet (bəzək daşları) istehsalı sexində qeydə alınıb.

Belə ki, əvvəlcə sexin yaxınlığındakı kol-kos sahədə yanğın başlayıb. Yanğın qısa müddətdə güclənib və obyektə keçib. Marqarita pizza

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Sexdəki yanğın söndürülüb, hazırda kol-kos sahədə olan yanğının söndürülməsi üçün tədbirlər görülür. Bunun üçün Saatlı və Beyləqandan da yanğınsöndürənlər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!