İmran Xanın həbsi ilə bağlı yeni qərar

İmran Xanın həbsi ilə bağlı yeni qərar

Dünya

18 Mart 2023 21:21 1346


Məhkəmə Pakistanın sabiq Baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xanın həbsinə verdiyi orderi ləğv edib.

Yenisabah.az xəbər verir ki, hakim tərəflərə müzakirələrin növbəti iclasda davam edəcəyini bildirib. İş üzrə dinləmələr martın 30-na keçirilib və İmran Xana məhkəməyə gəlmək göstərişi verilib.

Bu qərar polisin məhkəmə binası qarşısında sabiq baş nazirin tərəfdarları ilə toqquşmasından sonra qəbul olunub. Hakim toqquşmalar fonunda iclas keçirməmək qərarına gəlib.

Qeyd edək ki, İmran Xan Lahordakı iqamətgahına qayıdıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!