“Nəsibə Zeynalova xalqımızın əvəzsiz sənətkarıdır. Bir var, əvəzolunan, bir də var əvəzsiz, yəni o əvəz olunmayacaq”.
Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev mərhum Xalq artisti Nəsibə Zeynalova haqqında danışarkən deyib.
Ə. Mirəliyev bu gün əsl sənətkara qiymət verilməməsindən gileylənib: pizza hut
“İndi kimə dəyər verirlər ki? Aygündən, Röyadan, Faiqdən danışın. Bu gün dəyəri onlara verirlər. Azərbaycanda "sənətkar" sözü artıq yoxdur. Amma biz Nəsibə xanım kimi sənətkarları unutmuruq.
Mən şəxsən şou-biznes adamı deyiləm. Sənətə çox böyük önəm vermişəm və nə qədər canım sağdır, verəcəyəm. Nəsibə xanım xalqımızın çox gözəl, çox böyük sənətkarıdır”.
Telegram kanalımız