İndoneziyada 7,4 bal gücündə sualtı zəlzələ baş verib.
Yenisabah.az "ANTARA"ya istinadla xəbər verir ki, zəlzələ Mentavay adasındakı xəstəxanaya ziyan vurub və minlərlə sakin sunami təhlükəsinə görə yüksək yerlərə qaçmağa məcbur olub.
Milli Seysmoloji Agentliyin sözçüsü Əbdül Muharinin sözlərinə görə, Qərbi Sumatra əyalətinin bəzi hissələrində, o cümlədən əyalətin paytaxtı Padanqda sakinlər güclü zəlzələni təxminən 30 saniyə hiss ediblər.
Telegram kanalımız