İngiltərənin Enerji Tənzimləyicisi “Ofgem”, ölkənin enerji böhranı fonunda qaz çatışmazlığı ilə üzləşdiyini açıqlayıb.
Yenisabah.az “Times”a istinadla xəbər verir ki, Böyük Britaniyanın “qaz tədarükü sahəsində fövqəladə vəziyyət elan etməsi” mümkündür:
“Bunun çərçivəsində ayrı-ayrı qaz elektrik stansiyalarının tədarükü dayandırıla bilər, buna görə də onlar elektrik enerjisi istehsal edə bilməyəcəklər” – deyə nəşr əlavə edib. Marqarita pizza
Bununla bağlı “Ofgem” qeyd edir ki, bir sıra qazla işləyən elektrik stansiyaları müflis ola bilər.
“Böyük Britaniya elektrik enerjisinin ən böyük payını qazla işləyən elektrik stansiyalarına etibar etdiyinə görə, elan planlaşdırılan elektrik kəsilməsi qorxusunu artıracaq”, – nəşr qeyd edir.
Tənzimləyici hesab edir ki, qarşıdan gələn qış əvvəlkindən daha çətin olacaq. Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasından sonra Qərb Rusiyaya qarşı sanksiyalar rejimini sərtləşdirdi və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb oldu. Rusiya Federasiyasının prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Telegram kanalımız