İnsanın öləcəyini gözlərdən bilmək olur  - ARAŞDIRMA
12 Avq 2020 21:26
441

İnsanın öləcəyini gözlərdən bilmək olur - ARAŞDIRMA

Araşdırmaçılar ürəkçatışmazlığı xəstələrinin göz bəbəyinin ölçülərinə baxaraq öləcəyini qabaqcadan öyrənə biliblər.

Yenisabah.az xəbər verir ki, həkimlərin bu araşdırması “ESC Heart Failure” jurnalında dərc edilib.

Məlumata görə, alimlər iki il boyunca 870 nəfərlik qrupu müşahidə ediblər. Məlum olub ki, göz bəbəyi böyük pasiyentlərdən fərqli olaraq kiçik göz bəbəyi olan xəstələr iki dəfə daha çox ölüblər.

Bundan başqa, ağırlaşma səbəbindən onlar daha çox xəstəxanaya yerləşdiriliblər. Araşdırmaçıların fikrincə, göz bəbəyinin ölçüləri ürəkçatışmazlığı olan xəstələrin vəziyyətini qiymətləndirmək üçün yeni qeyri-invaziv metod ola bilər.  /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər