“İntim həyatından bəhs edən “göbələk”lər harada yetişirlər?”

saytların hazırlanması

Evə çatdırılma

“İntim həyatından bəhs edən “göbələk”lər harada yetişirlər?”

Şou

13 İyun 2019 12:33 1392


Eks-müğənni və aktrisa Mehin Hümbətova şəhər restoranlarının birində qarşılaşdığı mənzərədən şoka düşüb.

"Yeni Sabah" xəbər verir ki, buna yan masada oturan kişilərin əxlaqsız söhbətləri səbəb olub:

“Mərkəzdə yerləşən məşhur məkanların birində rəfiqəmlə oturmuşduq. Yan masada 4 “kişi” çox iyrənc mövzularda yüksək səslə qeybət edirdilər. İntim həyatlarından bəhs edirdilər. Sözün həqiqi mənasında gedən söhbətlərdən iyrəndim. Azərbaycan kişisi bu deyil axı. Bu nə cılızlaşmadır belə?! Yüksək səslə yaşadıqlarını fəxrlə danışmaq ən ucuz hərəkətdir. Dördpendirli pizza

Hələ görürsən ki, yan masada xanımlar oturub, mərifətin, qanacağın olsun, ay şəxsiyyətsiz. İlk dəfə idi belə söhbətlərin şahidi olurdum”.

Mehin qarşılaşdığı olaydan sonra məkanı tərk etdiyini deyib:

“Dərhal hesabı ödəyib, “kişicik”lərə çox mədəni formada sözümü dedim və məkandan çıxdım. Şokdan bir kəlmə belə deyə bilmədilər. Vallah, biz belə görməmişik. Bizim qeyrətli, ağzıbütöv, şəxsiyyətli, mərd oğullarımız var. Bəs bu “göbələk”lər harada yetişirlər belə?! Kaş, belələrini cəmiyyətdən silməyin bir yolu olardı. Kaş, kökləri kəsiləydi. Cəmiyyətə övlad bəxş edə bilməyəydilər. Bu millət yazıqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!