AFFA Azərbaycan I Liqasında mübarizə aparan “İmişli” klubuna xəbərdarlıq edib.
Yenisabah.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar çıxarılıb.
Buna səbəb fevralın 13-də I Liqanın XIV turunda baş tutan “Qəbələ” ilə matçın 58-ci dəqiqəsində “İmişli”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriliməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA bölgə təmsilçisinə xəbərdarlıqla kifayətlənib. pizza
Sözügedən görüşün 49-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” isə 100 manat cərimələnib.
“Zaqatala” – “Difai” oyununda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə qonaqlar 70 manat cərimələnib.
Telegram kanalımız