Şri-Lanka polisi bu ilin may ayında icazəsiz aksiyaların təşkilinə görə müəllimlər həmkarlar ittifaqının sədri İosif Stalini həbs edib.
Yenisabahaz oxu-ya istinadla xəbər verir ki, həbsi zamanı Stalin polislə mübahisə etməyə çalışıb, bundan sonra müvəqqəti saxlama təcridxanasına göndərilib.
Stalinin iştirak etdiyi Şri Lankadakı etirazlar aprel ayında ölkə iqtisadiyyatını iflic vəziyyətinə salan görünməmiş maliyyə və iqtisadi böhran fonunda başlayıb. Ada dövlətində xarici valyuta, yanacaq, neft məhsulları, gübrələr, ərzaq və dərman qıtlığı yaşanır. Dominos pizza
Telegram kanalımız