“iPhone 15” bu gündən satışda: İnsanlar sübh tezdən növbəyə düzüldü - Video

“iPhone 15” bu gündən satışda: İnsanlar sübh tezdən növbəyə düzüldü - Video

Rəqəmsal Veb saytların hazırlanması

29 Sentyabr 2023 12:35 4793


"Apple"ın sentyabrın əvvəlində təqdim etdiyi yeni "iPhone 15" seriyası ilk andan diqqət mərkəzinə çevrilib. 

Yenisabah.az xəbər verir ki, həm dizayn, həm də özəllikləri ilə marağa səbəb olan model bu gün Türkiyədə satışa çıxarılıb.

Ən aşağı modeli 50 min TL olan telefon üçün mağazaların qarşısında saatlar öncə növbə yaradıb.

Yeni seriyadan məhsul almaq istəyənlər səhərin ilk saatlarından alış-veriş mərkəzlərinin qarşısında növbəyə düzülüb.

Seriyanın Türkiyədə satışı üçün ötən həftədən öncədən sifariş tətbiqi istifadəyə verilib. Bu gün yeni seriyanın telefonu və digər məhsulları "Apple" mağazalarında və rəsmi satış nöqtələrində insanlara təqdim olunacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!