Enrike İqlesias və Anna Kurnikova münasibətlərini rəsmiləşdiriblər.
Yenisabah.az Marca-ya istinadla xəbər verir ki, bu barədə müğənninin qardaşı Xulio İqlesias məlumat verib.
O bildirib: “Qətiyyən istəmədiyi şey dəbdəbəli bir toy idi. Demək istəyirəm ki, Enrike və Anna 25 ilə yaxındır ki, birlikdədirlər, onların 3 gözəl övladı var”, - deyə onun sözlərindən sitat gətirir. pizza sifarişi
İspan müğənni Enrike İqlesias və rusiyalı tennisçi Anna Kurnikova 2001-ci ildə "Escape" videosunun çəkiliş meydançasında tanış olublar. 2017-ci ildə onların əkiz uşaqları olub. 2020-ci ilin yanvar ayında cütlüyün üçüncü övladı Maşa dünyaya gəlib.
Telegram kanalımız