İran ABŞ-ni memorandumun bu bəndlərini pozmaqda ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

İran ABŞ-ni memorandumun bu bəndlərini pozmaqda ittiham etdi

Dünya

27 İyun 2026 18:07 81


ABŞ İranla münaqişənin nizamlanmasına dair imzalanmış memorandumun iki bəndini pozub.

"Yeni Sabah" xəbər verir ki, bunu İran Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rzayi sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, ABŞ regiondakı özünə bağlı qüvvələrin fəaliyyətini dəstəkləməklə memorandumun birinci bəndini, Hörmüz boğazında gərginliyin davam etməsi ilə isə beşinci bəndini pozub. Toyuqlu pizza

"ABŞ regiondakı proksi qüvvələrinin hərəkətlərini dəstəkləməklə memorandumun birinci bəndini, Hörmüz boğazında gərginliyi davam etdirməklə isə beşinci bəndini pozub", - deyə Möhsün Rzayi bildirib.

O vurğulayıb ki, İran buna "sərt və qətiyyətli" cavab verəcək.

Qeyd edək ki, ABŞ bir gün əvvəl İran ərazisinə zərbələr endirdiyini təsdiqləyib. Tehran isə cavab olaraq ABŞ Silahlı Qüvvələrinin yerləşdiyi məntəqələrə hücum etdiyini açıqlayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!