İran Dağıstanda aviasiya habı yaratmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

İran Dağıstanda aviasiya habı yaratmaq istəyir

Dünya

27 Aprel 2023 09:37 554


İran Dağıstanı aviasiya qovşağının açılması üçün region kimi nəzərdən keçirir. 

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bura digərləri ilə yanaşı, təyyarə təmiri zavodu və s. də daxil ediləcək.

Bu fikir Dağıstanın baş naziri Əbdülmüslim Əbdülmüslimovun İranın “Pars Golden Sky” özəl səhmdar cəmiyyətinin (PGSC) nümayəndələri ilə görüşündə səslənib. Dördpendirli pizza

İran tərəfi Dağıstanda aviasiya qovşağının (hab) açılmasını, o cümlədən təyyarələrin və ehtiyat hissələrinin təmiri üzrə müəssisənin yaradılmasını və yük qovşağının təşkilini təklif edib. Dağıstan ərazi yaxınlığına görə İran tərəfindən Rusiya Federasiyasında habın yaradılması üçün münasib region kimi qəbul edilir.

Layihənin həyata keçirilməsi ilə sərnişinlərin və yükdaşımaların istifadəsinə verilə bilən beynəlxalq reyslərin və istiqamətlərin sayını artıracağı, iş yerlərinin açılmasına və regiona yeni investisiyaların cəlb edilməsinə səbəb olacağı güman edilir.

Şirkət bu texniki xidmət təşkilatının yaradılması üçün sertifikatlı kadrlar, avadanlıq və idarəetmə sistemi təqdim etməyə hazırdır. Dağıstan Respublikası beynəlxalq şirkət üçün dəstək tədbirləri təklif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!