İran dronlarının heç biri hədəfinə çatmayıb - Podolyak

saytların hazırlanması

Evə çatdırılma

İran dronlarının heç biri hədəfinə çatmayıb - Podolyak

Dünya

14 Dekabr 2022 15:38 864


Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya tərəfindən İran dronları ilə Kiyev və digər şəhərlərə zərbələr endirilməsi ilə bağlı yeni məlumatlar açıqlayıb.

Modern.az xəbər verir ki, Podolyak bu barədə tviter səhifəsində yazıb.

"13 İran dronundan heç biri hədəfə çata bilməyib. Hamısı havada məhv edilib. Bu, "müdafiəçilərin nə qədər güclü olmasını" və "müttəfiqlərinin dəstəyinin nəticəsini" göstərir. Ukraynanın hava hücumundan müdafiə sistemləri həyatları xilas edir", - deyə müşavir qeyd edib. Pepperoni pizza

Xatırladaq ki, bu gün, səhər saatlarında Rusiya ordusu pilotsuz uçuş aparatları vasitəsilə Ukrayna şəhərlərinə hücum etmişdi. 24 fevralda başlayan müharibə davam etməkdədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!