İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılığa gəliblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, iki ölkə arasındakı razılaşma tezliklə Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə elan ediləcək. Sezar pizza
Məlumata görə, razılaşma İran və Oman arasındakı boğazdan keçən yeni giriş və çıxış yollarının detallarını və spesifikasiyalarını əhatə edir./Axar.az
Telegram kanalımız