İran regionun sərhədləri və geosiyasətində heç bir dəyişikliyi qəbul etməmək kimi qəti mövqeyini vurğulayaraq, region ölkələri arasında münasibətləri idarə edən qaydaya hörmətlə yanaşır, suverenlik və ərazi bütövlüyünə, əcnəbilərin regional işlərə qarışmamasına çağırış edir.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.
O, Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İran İslam Respublikasının Qafqazda sülh və sabitliyin bərqərar olmasına və möhkəmləndirilməsinə yönəlmiş istənilən addımı dəstəklədiyini vurğulayan prezident ümidvar olduğunu bildirib ki, Ermənistanın müdafiə naziri ilə iranlı vəzifədaşı arasında aparılan danışıqlar regionun təhlükəsizliyinin mümkün qədər yaxşılaşmasına səbəb olacaq.
İ. Rəisi bölgənin təhlükəsizliyinin yalnız region dövlətlərinin həyata keçirə biləcəyini vurğulayıb və əlavə edib: "Əcnəbilərə bu regionda yer vermək təhlükəsizlik gətirməyəcək və sülh yalnız region ölkələrinin əməkdaşlığı ilə təmin olunacaq".
Telegram kanalımız