İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun səbəblərinin araşdırılması ilə bağlı prezidentin sərəncamını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, o, "Twitter səhifəsində bununla bağlı yazıb:
“Qardaş Azərbaycanın və qonşu ölkənin səfirliyinə hücumla bağlı faciəvi hadisəni pisləyirik. Ayətullah Rəisi bu xoşagəlməz xəbəri eşidəndən dərhal sonra məsələnin hərtərəfli araşdırılmasına göstəriş verib və hökumətə, millətə və mərhum diplomatın sağ qalanlarına başsağlığı verib, onlara rəğbətini bildirib, yaralananların tezliklə sağalmasını arzulayıb". Dominos pizza
Telegram kanalımız