Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“İrandan Qərbi Zəngəzura qoşun yeritmək avantürası gözləmək olar”  - Politoloq
20 Okt 2021 17:07
1473

“İrandan Qərbi Zəngəzura qoşun yeritmək avantürası gözləmək olar” - Politoloq

“Zəfərlə başa çatan 44 günlük savaşda Ermənistan təkcə hərb meydanında kapituliyasiya edilmədi,eyni zamanda, diplomatik və informasiya savaşında da ağır məğlubiyyətə düçar oldu. Həm də Ermənistan iqtisadiyyatı demək olar ki,çökdü”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli söyləyib. 

O bildirib ki, Ermənistan yol ayrıcındadır: ya Azərbaycanın bütün şərtlərini qeyd-şərtsiz qəbul edib böyük sülh müqaviləsini imzalayacaq, ya da səfalət və xaosa sürüklənəcək”.

Politoloqun fikrincə, Ermənistanda hər zaman Azərbaycan və Türkiyə ilə bütün cəfəng iddialardan vaz keçərək, normal qonşuluq münasibəti qurmaq istəyən siyasi elita olub. Lakin bu qüvvə bütün zamanlarda faşist, radikal millətçi güclərin gerisində qalıb:

“Kimdir bu radikal-faşist qruplar? Bunlar İranla əməkdaşlıq edib, işğal etdikləri torpaqlarımızda talançılıqla məşğul olan, İranla birgə narkotrafiki yönləndirən və bundan küllü miqdarda pul qazananlardır. Bunlar Rusiyanın hərbi-sənaye kompleksi ilə, erməni diasporası ilə qanunsuz əməkdaşlıq edib, Qarabağın sərvətlərini istismar edənlərdir. Bu quldurlar və havadarları qazandı, amma erməni xalqı səfalət içində yaşadı. 

Bu gün Ermənistanda həm Azərbaycanla,həm də Türkiyə ilə iqtisadi-siyasi müstəvidə əməkdaşlıq etmək istəyən, boş və yalan iddialardan geri addım atmaq istəyirmiş kimi görünən siyasi elita hakimiyyətdir. Rəsmi Bakı bu qüvvənin əlini gücləndirmək, İran, Rusiya və diasporaya xidmət edənlərə şans verməmək üçün gərəkli addımları atır. Əsirlərin qaytarılması, Köçəryan-Sarkisyan çütlüyünün zaman-zaman ifşa edilməsi və s. məhz bu qəbildəndir. Artıq Ermənistanın daxili siyasətini Bakı müəyyən edir, istiqamət verir desək, yanılmarıq”.

Politoloq hazırda Ermənistana ən böyük təhlükə yaradan ölkənin İran olduğunu qeyd edib:

“Qafqazda son qalasını da itirən İrandan hər şey, o cümlədən Qərbi Zəngəzura qoşun yeritmək kimi hərbi avantüra belə gözləmək olar. Ermənistanın çıxış nöqtəsi Azərbaycanla sülh bağlamaqdan keçir. Çünki son 30 il göstərdi ki, İranla əməkdaşlıq, Türkiyə və Azərbaycanla düşmənçilik Ermənistana fəlakətdən başqa heç nə vəd etmir”.

Mehri Qurban

“İrandan Qərbi Zəngəzura qoşun yeritmək avantürası gözləmək olar”  - Politoloq
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər