İran Qəşm adası yaxınlığında əməliyyat keçirdi

saytların hazırlanması

Evə çatdırılma

İran Qəşm adası yaxınlığında əməliyyat keçirdi

Dünya

07 Avqust 2026 01:08 84


İranın Hörmüz boğazındakı ən böyük adası olan Qəşm adası yaxınlığında düşmən hədəflərinə qarşı keçirilən əməliyyatla bağlı partlayış səsləri eşidilib.

“Yeni Sabah” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, buna səbəb Hörmüz boğazının girişində düşmənin hədəflərini zərərsizləşdirmək üçün həyata keçirilən xüsusi əməliyyat olub.

Mənbələrin verdiyi məlumata görə, əməliyyat uğurla başa çatıb və komandanlıq tərəfindən qarşıya qoyulan bütün tapşırıqlar tam icra olunub. Hadisənin digər təfərrüatları barədə hələlik əlavə məlumat verilmir. Dominos pizza

Məlumat üçün bildirək ki, iyulun sonunda Oman və İranın Hörmüz boğazında gəmiçiliklə bağlı razılaşma üzrə danışıqlar apardığı məlum olmuşdu. Sazişin məqsədi hərbi münaqişə səbəbindən istifadə olunmayan üçüncü marşrutun bərpasıdır. Bundan əvvəl Oman boğazdan keçid üçün rüsumların tətbiqinə qarşı çıxsa da, dənizdə təhlükəsizlik sahəsində könüllü xidmətlərin göstərilə biləcəyini istisna etməmişdi.

Xatırladaq ki, bir qədər əvvəl vasitəçilər İrana ABŞ ilə 10 günlük atəşkəs təklif etmişdilər./Qafqazinfo

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!