“İran regionda sabitliyi pozmağa davam edəcək” – Ağ Ev

saytların hazırlanması

Evə çatdırılma

“İran regionda sabitliyi pozmağa davam edəcək” – Ağ Ev

Dünya

25 Aprel 2023 09:04 496


Ağ Ev bazar ertəsi İran və Azərbaycan arasında son aylarda durmadan artmaqda olan gərginliyi və bölücü insidentlərin tez-tez baş verməsini şərh edib.

Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi TURANın müxbirinə sualına cavab olaraq deyib: "İranın  regionda sabitliyi pozmağa davam etməsi təəccüblü deyil".

Kirbi Dövlət Departamentinin Vaşinqton Xarici Mətbuat Mərkəzində jurnalistlərə danışıb. Dominos pizza

TURANın İran və Azərbaycan arasında hərbi qarşıdurma ilə bağlı artan narahatlığa dair Vaşinqtonun mövqeyi ilə bağlı sualına Kirbi deyib: “Biz orada zorakılıq və ya münaqişənin davam etməsini, şübhəsiz ki, görmək istəmirik”.

Kirbi Azərbaycanın bu yaxınlarda İsraildə səfirliyini açmasına da münasibət bildirib: “Geniş mənada, biz İsrailin regiona inteqrasiyası üçün bütün səyləri dəstəkləməyə davam edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!