İran və Rusiya arasında yeni memorandum imzalandı

saytların hazırlanması

Evə çatdırılma

İran və Rusiya arasında yeni memorandum imzalandı

Dünya

30 Noyabr 2022 15:48 681


İran və Rusiya energetika, gəmiqayırma və təyyarəqayırma sahəsində birgə layihələrin həyata keçirilməsinə dair razılığa gəlib.

Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, bu barədə İranın sənaye, mədən və ticarət nazirinin müavini, İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpak danışıb.

O, habelə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin çərşənbə günü Rusiya Sənayeçi Forumu çərçivəsində Rusiya-İran işgüzar əməkdaşlıq şurasının yaradılması haqqında memorandum imzalayıblar. Sezar pizza

"Biz birgə tikinti və layihələndirmə layihələri - turbinlərin birgə layihələndirilməsi və istehsalı, həmçinin gəmiqayırma, vaqon, helikopter və təyyarə istehsalı, təyyarə, həmçinin traktor və kənd təsərrüfatı texnikası üzrə prinsipial razılaşmalar əldə etmişik", - deyə Peymanpak vurğuayıb.

O əlavə edib ki, İran tərəfi Rusiya Federasiyası ilə birgə şirkətlər yaratmaq imkanının nəzərdən keçirildiyi "bu sahələrdə layihələri fəal şəkildə həyata keçirmək" niyyətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!